Bank Of Baku

TFF-in prezidenti vəzifəsinə ilk namizəd “Trabzonspor”-un sabiq başçısının köməkçisi olub

TFF-in prezidenti vəzifəsinə ilk namizəd “Trabzonspor”-un sabiq  başçısının köməkçisi olub
# 01 fevral 2012 03:15 (UTC +04:00)
Bakı – APA. “Trabzonspor” futbol klubunun sabiq başçısının köməkçisi İbrahim Hacıosmanoğlu Türkiyə Futbol Federasiyasının prezidenti vəzifəsinə namizədliyini irəli sürəcəyini bəyan edib.
APA-nın haberler.com saytına istinadən verdiyi xəbərə görə, Hacıosmanoğlu yazılı açıqlamasında bildirib: “Qanun və qaydaları iradə ilə, dürüst və cəsurluqla tətbiq etmək, gələcəkdə uşaqlarımıza təmiz bir futbol bəxş etmək və Türk futbolunu uğurlu gələcəyə daşımaq naminə, Türkiyə Futbol Federasiyasının 27 fevral 2012 il tarixində keçiriləcək fövqəladə seçkilərində TFF-in prezidenti vəzifəsinə namizədliyimi irəli sürəcəm”.
Qeyd edək ki, TFF-in başçısı Mehmet Əli Aydınlar dekabrın 31-də iki vitse-prezident – Göksəl Gümüşdağ və Lütfü Arıboğan ilə birgə istefa verib. Bu qərar danışılmış oyunlarla bağlı Türkiyə futbolunda yaranan böhranla əlaqədardır.
M. Ə. Aydınlar “Fənərbağça” klubunun üzvüdür. Onun “”Fənərbağça”ya cəza verən prezident olaraq tarixə keçmək istəmirəm” dediyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR