Bank Of Baku

“Əl Əhli”nin bütün futbolçuları karyeralarını bitirməyə qərar veriblər

“Əl Əhli”nin bütün futbolçuları karyeralarını bitirməyə qərar veriblər
# 02 fevral 2012 12:33 (UTC +04:00)
Bakı - APA. Misir çempionatında keçirilən faciəvi “Əl Məsri” – “Əl Əhli” matçından sonra qonaq komandanın futbolçuları qeyri-adi qərar veriblər. Apasport.az saytının məlumatına görə, görüşdən sonra azarkeşlərin meydana daxil olması, yaranan qarşıdurmada 74 nəfərin ölməsi və 300-ə yaxın insanın yaralanması “Əl-Əhli”nin oyunçularında böyük qorxu yaradıb. Futbolçular karyeralarını bitirməyə qərar veriblər. Bunu Misir televiziyasına açıqlamasında komandanın qapıçısı Şərif İkrami bildirib.

Qeyd edək ki, matçdan sonra bir qrup azarkeş stadionu yandırıb, başqa azarkeşlər isə stadiondan kənarda hökumət əleyhinə aksiya keçirib. Ölənlər arasında futbolçuların olub-olmadığı hələ də bilinmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR