Bank Of Baku

XXI əsrin ən yaxşı qapıçısının adı açıqlandı

XXI əsrin ən yaxşı qapıçısının adı açıqlandı
# 07 fevral 2012 11:02 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXI əsrin ilk 10 ilinin ən yaxşı qapıçılarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Yuventus”un və İtaliya yığmasının kapitanı Canluici Buffon 199 xalla 1-ci olub. 34 yaşlı qapıçı ən yaxın izləyicisi, kapitanı olduğu İspaniya millisi ilə Avropa və dünya çempionluğunu qazanan İker Kasilyası 2 xal qabaqlayıb. “Çelsi”nin və Çexiya yığmasının qapıçısı Peter Çex 154 xalla 3-cü olub.

Qeyd edək ki, 80 qapıçının yer aldığı siyahıda Türkiyənin yeganə təmsilçisi “Beşiktaş”ın 39 yaşlı qapıçısı Rüştü Rəcbərdir. Türkiyə yığmasının heyətində dünya və Avropa çempionatının bürünc medalını qazanan veteran qapıçı 27 xalla 23-cü yerdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR