Bank Of Baku

Türkiyədə futbolçularla dolu avtobus qatarla toqquşdu

Türkiyədə futbolçularla dolu avtobus qatarla toqquşdu
# 08 fevral 2012 08:02 (UTC +04:00)
Bakı – APA. Türkiyənin “Samsunspor” klubu xoşagəlməz hadisə ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, “Karabükspor”lə səfər matçından qayıdarkən komandanın avtobusu qatarla toqquşub.

Rəqib meydanında 1:2 hesabı ilə məğlub dönən samsunlular faciənin 1 addımlığında olublar. Lakin xoşbəxtlikdən “Samsunspor” qəzanı itkisiz arxada qoyub. Yalnız 2 futbolçu xəsarət alıb. Hakan Arslanın dodağı partlayıbsa, Sərdar Özkan ayağından yaralanıb.

Qeyd edək ki, “Samsunspor” 1989-cu ildə də oxşar hadisə ilə üzləşmişdi. Lakin həmin vaxt Malatyadan qayıdarkən yaşanan faciədə 3 futbolçu ölmüş, baş məşqçi daxil olmaqla xeyli sayda üzvü yaralanmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR