Fabio Kapello İngiltərə yığmasının baş məşqçisi postundan istefa verib
09 fevral 2012 08:30 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, italiyalı çalışdırıcı Fabio Kapello vəzifəsindən istefa verib.
Buna səbəb isə İngiltərə Futbol Assosiasiyasının (İFA) “Çelsi”nin müdafiəçisi Con Terrini yığmada kapitanlıqdan məhrum etməsidir. Bununla razılaşmayan Kapello postundan ayrılıb.
Kapellonun İFA-nın prezidenti Devid Bernstayn və baş katibi Aleks Xornla görüşü olub. Baş məşqçi 2008-ci ildən rəhbərlik etdiyi millidən getmək qərarını orada açıqlayıb. Bernstayn isə Kapellonun qərarına hörmətlə yanaşıb: “Onu qeyd etmək istərdim ki, italiyalı mütəxəssis İngiltərə yığmasının baş məşqçisi postunda olduğu müddətdə özünü əsl peşəkar kimi apardı. Biz onun istefasını qəbul etdik və bu, düzgün qərardır”.
Qeyd edək ki, “Milan”, “Roma”, “Real” klubları ilə çoxsaylı titullar qazanan Kapello İngiltərə yığmasını 2010-cu il dünya və 2012-ci il Avropa çempionatına çıxarıb. Ancaq 2 il öncə 1/8 finalda Almaniya yığması tərəfindən darmadağın ingilislərin turnirdə mübarizəni dayandırmağı ilə nəticələnmişdi.

Futbol
14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb
00:22
18 may 2024
Dünyanın ən böyük derbiləri: Siyahıda "Qalatasaray" - "Fənərbaxça" matçı da var
15:35
17 may 2024
Futbol üzrə Azərbaycan çempionatlarının kubok və medalları yeni dizaynda hazırlanıb
14:52
17 may 2024
Fatih Terim "Panatinaikos"dan ayrıldığını açıqlayıb
11:08
17 may 2024