Əslində 2 aylıq fasilə fevralın 10-da bitməli idi. Ancaq ölkəmizdə hava şəraiti ilə əlaqədar XIX turun oyunları martın 7-ə təxirə salındı. Belə olan halda, Premyer Liqada mübarizə XX turla davam edəcək.
Liderlərin matçları ilk oyun gününə təsadüf edəcək. Qış çempionu “Neftçi” autsayderin qonağı olacaq. Fərq ondadır ki, “Sumqayıt Şəhər”dən “Sumqayıt”a çevrilən komanda rəqibini doğma arenada yox, “Şəfa”da qəbul edəcək.
Turun mərkəzi oyunu isə “Bakı”nın bazasında keçiriləcək. Bu arenada turnir cədvəlində qonşu olan “Bakı” ilə “Qarabağ” görüşəcək. Komandaların xalları bərabər olsa da, ağdamlılar şəxsi oyuna görə irəlidədir.
15 fevral
14:00. "Sumqayıt" - "Neftçi"
Hakimlər: Anar Salmanov, Rza Məmmədov, Yaşar Abbasov, Fuad Həsənov
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 0:4
14:00. "Bakı" - "Qarabağ"
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Feyzulla Feyzullayev
Bakı. "Bakı" klubunun təlim-məşq bazasının stadionu, təbii örtüklü meydança
İlk dövrədəki oyun – 1:2
16:00. "Xəzər Lənkəran" – AZAL
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Vaqif Musayev, Teymur Fərhadov
Lənkəran. Şəhər mərkəzi stadionu
İlk dövrədəki oyun – 3:0
16 fevral
13:00. "Simurq" - "Qəbələ"
Hakimlər: Rəhim Həsənov, Ramiz Əsədov, Azər Əsgərov, Rasim Məmmədov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun – 2:0
14:00. "Rəvan" - "Turan"
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, İsgəndər Əliyev, Tahir Əhmədov
Bakı. "Dalğa Arena" stadionu
İlk dövrədəki oyun – 1:0
14:00. "Kəpəz" - "İnter"
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Namiq Hüseynov, İnqilab Məmmədov
Gəncə. Şəhər stadionu
İlk dövrədəki oyun – 0:0
| Komanda | O | Q | H | M | Qollar | Xallar |
1 | Neftçi | 18 | 12 | 1 | 5 | 37-16 | 37 |
2 | İnter | 18 | 10 | 6 | 2 | 16-9 | 36 |
3 | Xəzər Lənkəran | 18 | 10 | 5 | 3 | 27-17 | 35 |
4 | Qarabağ | 18 | 8 | 5 | 5 | 20-14 | 29 |
5 | Bakı | 18 | 8 | 5 | 5 | 23-16 | 29 |
6 | Qəbələ | 18 | 7 | 5 | 6 | 18-19 | 26 |
7 | AZAL | 18 | 6 | 5 | 7 | 26-28 | 23 |
8 | Rəvan | 18 | 5 | 7 | 6 | 21-22 | 22 |
9 | Simurq | 18 | 5 | 4 | 9 | 18-27 | 19 |
10 | Kəpəz | 18 | 4 | 4 | 10 | 21-34 | 16 |
11 | Sumqayıt Şəhər | 18 | 4 | 3 | 11 | 13-23 | 15 |
12 | Turan | 18 | 3 | 2 | 13 | 10-26 | 11 |
Bombardir: Bahodir Nasimov (Neftçi) - 11