Bank Of Baku

Azərbaycan yığması FİFA reytinqində 2 pillə irəliləyib

Azərbaycan yığması FİFA reytinqində 2 pillə irəliləyib
# 15 fevral 2012 10:22 (UTC +04:00)
Bakı – APA. FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, ötən ayla müqayisədə 2 pillə irəliləyən Azərbaycan yığması 306 xalla 109-cu mövqedə qərarlaşıb.

Siyahıya İspaniya başçılıq edir – 1566 xal. Almaniya 1369 xalla 2-ci, Hollandiya 1359 xalla 3-cü pillədə qərarlaşıb. Türkiyə isə 791 xalla 4 pillə irəliləyərək, 25-ci yerə yüksəlib.

Millimizin DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərinin mövqelərində Lüksemburq istisna olmaqla ciddi dəyişiklik olmayıb.

6 (7). Portuqaliya - 1155
13 (13). Rusiya – 989
35 (37). İsrail – 708
86 (87). Şimali İrlandiya – 412
133 (127). Lüksemburq – 240

Yığmamızın bu il keçirəcəyi yoldaşlıq qoyunlarındakı rəqiblərin çoxu isə reytinqdə bizdən aşağıdır.

148 (147). Sinqapur (24 fevral) – 155
154 (158). Hindistan (27 fevral) – 141
162 (162). Fələstin (29 fevral) – 128
205 (206). Andorra (29 may) - 0
67 (65). Belarus (5 iyun) – 499

Qeyd edək ki, növbəti reytinq cədvəli martın 7-də açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR