Bank Of Baku

Berti Foqts: Araz Abdullayev milliyə çağırılmayacaq

Berti Foqts: Araz Abdullayev milliyə çağırılmayacaq
# 15 fevral 2012 12:17 (UTC +04:00)
Bakı – APA. Azərbaycan millisinin Dubay toplanışına aparılacaq heyətində dəyişikliklər olacaq. Bu haqda məlumatı apasport.az saytına yığmanın baş məşqçisi Berti Foqts verib.

Premyer Liqanın XX turunun “Sumqayıt” – “Neftçi” qarşılaşmasını izləyən almaniyalı mütəxəssis fevralın sonundakı toplanışa çağırılanlar arasında gənclərin olacağını bildirib: “Heyətdə bəzi yeni adlar olacaq. Bunlar əsasən gənc futbolçulardır. Onlar arasında Araz Abdullayev olmayacaq. Onun Yunanıstanın “Panionios” klubunda heyətə düşmək, orada möhkəmlənmək üçün mübarizə apardığını nəzərə alıb, yoxlama oyunun çağırmırıq. Bu yolla ona imkan yaradırıq ki, klubunda möhkəmlənə bilsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR