Renato: “Portuqaliya nəinki Azərbaycanla oyunda, qrupda favoritidir”
04 sentyabr 2012 15:17 (UTC +04:00)
Bakı – APA. “Vaxtilə şərəfini qoruduğum “Xəzər Lənkəran” haqda xoş xatirələrim var. Azərbaycan, Bakı üçün çox darıxmışam”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın sabiq futbolçusu Renato Keyruş deyib.
Sentyabrın 11-də dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində millimiz Braqa şəhərində Portuqaliya yığmasının qonağı olacaq. Həmin matçı izləyəcəyini bildirən Renato deyib ki, indi fikrini bu qarşılaşmaya yönəldib.
Buna səbəb isə portuqaliyalının legionerin 4 il öncə ölkəmizdə çıxış etməsidir.
Renato bildirib ki, bu səbəbdən pireneyli jurnalistlər onu qarşılaşmanın keçiriləcəyi gün RTP1 kanalına qonaq çağırıblar. Matçın yayımlandığı kanalda çıxış edəcək futbolçu Azərbaycan futbolu, çempionatımız haqda danışacaq, oyunla bağlı fikirlərini bölüşəcək.
“Sözsüz ki, Portuqaliya nəinki Azərbaycanla oyunda, qrupda favoritidir. Qələbə qazanacağımızı düşünürəm. Bütün hallarda, 90 dəqiqənin tamamında komandaların gücü hesabda əksini tapacaq” – deyə, Renato bildirib.
Qeyd edək ki, 2008-ci ilin yayında “Xəzər Lənkəran”a transfer olunan Renato 2008/09 mövsümündə Premyer Liqada 3 oyuna çıxıb.

Futbol
"Bayer" Almaniya çempionatını rekorda imza ataraq başa vurub
20:53
18 may 2024
14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb
00:22
18 may 2024
Dünyanın ən böyük derbiləri: Siyahıda "Qalatasaray" - "Fənərbaxça" matçı da var
15:35
17 may 2024
Futbol üzrə Azərbaycan çempionatlarının kubok və medalları yeni dizaynda hazırlanıb
14:52
17 may 2024