Bank Of Baku

Türkiyənin “Əskişəhərspor” klubunun futbolçusu ölüb

Türkiyənin “Əskişəhərspor” klubunun futbolçusu ölüb
# 05 sentyabr 2012 12:33 (UTC +04:00)
Bakı-APA. Türkiyə futbolunda faciə baş verib. Apasport.az saytının məlumatına görə, Superliqa təmsilçisi “Əskişəhərspor” klubunun futbolçusu Ediz Bahtiyaroğlu vəfat edib. Bosniya və Herseqovina milli komandasının 26 yaşlı futbolçusu öz evində ürək tutmasından ölüb.

Hadisə baş verdikdə dərhal sonra komandanın baş məşqçisi, klub rəhbərliyi və futbolçular onun evinə baş çəkiblər. Həkimlərin müdaxiləsinə baxmayaraq, Edizi həyata qaytarmaq mümkün olmayıb.

Karyerası ərzində “Ankaraspor”, “Ankaragücü”, “Bucaspor”da da oynamış mərkəz müdafiəçisi bu ilin əvvəlindən “Əskişəhərspor”da çıxış edirdi. Onun komanda yoldaşları arasında bu yay transfer olunan Azərbaycan milli komandasının üzvü Ufuk Budak da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR