Bank Of Baku

Futbol üzrə “DÇ-2018”-in final və yarımfinal oyunlarının keçiriləcəyi şəhərlər müəyyənləşib

Futbol üzrə “DÇ-2018”-in final və yarımfinal oyunlarının keçiriləcəyi şəhərlər müəyyənləşib
# 05 sentyabr 2012 14:03 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il Dünya Çempionatının final və yarım final oyunlarının hansı şəhərdə keçiriləcəyi müəyyənləşib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, final oyunu Moskvada, yarım final oyunlarının biri isə Sankt-Peterburqda olacaq. Dünya Çempionatının oyunlarının keçiriləcəyi digər şəhərlərin adı sentyabrın 29-da müəyyənləşəcək.

Rusiyanın ev sahibliyi edəcəyi futbol üzrə 2018-ci il Dünya Çempionatının keçiriləcəyi şəhərlərə namizədlər sırasında Kalininqrad, Yekaterinburq, Yaroslavl, Nijniy-Novqorod, Kazan, Samara, Saransk, Volqoqrad, Soçi, Krasnodar və Rostov-na-Donu şəhərləri var.

DÇ-nın final oyunu Moskvanın “Lujniki” stadionunda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR