Bank Of Baku

“Qalatasaray” 22 yaşlı futbolçu transfer edib

“Qalatasaray” 22 yaşlı futbolçu transfer edib
# 07 sentyabr 2012 09:19 (UTC +04:00)
Bakı – APA. "Qalatasaray" transferin son günündə heyətinə daha bir futbolçu qatıb. Apasport.az saytının xəbərinə görə, İstanbul klubu "Kayserispor"dan Furkan Özçalı transfer edib.

Klub 22 yaşlı yarımmüdafiəçinin maaşını da açıqlayıb. 4 illik anlaşma imzalayan Furkan 2012-2013, 2013-2014, 2014-2015 və 2015-2016 futbol mövsümləri üçün uyğun olaraq, 550, 650, 700 və 750 min avro maaş alacaq. Bundan başqa o, hər il üçün 7, 8, 9 və 10 min avro matçbaşı qazanacaq.

Qeyd edək ki, Furkan Almaniyanın "Münhen 1860" klubunun yetirməsidi. 2007-2008 mövsümündə bu komandanın əsas heyətində 26 oyun keçirən futbolçu 2008-2012-ci illərdə "Kayserispor"da 70 oyuna çıxaraq 6 qol vurub. "Qalatasaray"ın yeni transferi Türkiyə U-21-də 6 oyun keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR