Bank Of Baku

Paulu Bentu: “Azərbaycan yığması sürətli oyunçuları ilə Lüksemburqdan fərqlənir”

Paulu Bentu: “Azərbaycan yığması sürətli oyunçuları ilə Lüksemburqdan fərqlənir”
# 11 sentyabr 2012 11:48 (UTC +04:00)
Bakı – APA. “Azərbaycan milli komandasını hardasa Lüksemburqa oxşatmaq olar.
Lakin indiki rəqibimiz 4 gün əvvəl qonağı olduğumuz komandanın müəyyən mənada seçilir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliya milli komandasının baş məşqçisi Paulu Bentu deyib.

O, bu gün Azərbaycan yığması ilə DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək oyun haqda fikirlərini açıqlayıb: “Bu da daha çox sürətli oyunçuların olmasındakı fərqlə bağlıdır. Onlar qarşılarında boş sahə tapan kimi meydanın dərinliyindən təhlükə yaradırlar. Böyük ehtimalla yenə eyni “11-liy”i meydana buraxacam. Lüksemburqla qarşılaşmanın start heyətində dəyişiklik edəcəyim inandırıcı deyil. Biz taktiki cəhətdən inkişaf etməliyik. İtkisiz, sabit çıxış etməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR