Bank Of Baku

Azərbaycanın futbol yığması bu gün Portuqaliya millisi ilə qarşılaşır

Azərbaycanın futbol yığması bu gün Portuqaliya millisi ilə qarşılaşır
# 11 sentyabr 2012 11:44 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi növbəti imtahanını səfərdə verəcək.

F qrupunda mübarizə aparan Berti Foqtsun yetirmələri seçmə mərhələdə 2-ci oyununu Portuqaliyaya qarşı keçirəcək. Millimiz Kriştianu Ronaldo və komandasına qarşı mübarizədən üzüağ ayrılmağa çalışacaq. Foqtsun yığmamızda 50-ci, kapitan Rəşad Sadıqovun 80-ci oyunu ilə əlamətdar olan yubileyləri bayrama çevirmək üçün yığmamız xal qazanmalıdır.

Qeyd edək ki, millimiz İsraillə Bakıdakı ilk oyunda 1:1 hesablı heç-heçə edib.

00:15. PORTUQALİYA – AZƏRBAYCAN

Baş hakim:
Şimon Marçinyak
Baş hakimin köməkçiləri: Pavel Sokolniçki, Radoslav Siejka
Dördüncü hakim: Robert Malek (hamısı Polşa)

Hakim-inspektor: Uilyam Smit Geates Younq (Şotlandiya)

Komissar: İsak Mikladal (Farer adaları)

Braqa. “Braqa Municipial Stadium”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR