Bank Of Baku

Portuqaliya Futbol Federasiyasının prezidenti Azərbaycanla oyunun vacib olduğunu bildirib

Portuqaliya Futbol Federasiyasının prezidenti Azərbaycanla oyunun vacib olduğunu bildirib
# 11 sentyabr 2012 11:53 (UTC +04:00)
Bakı - APA. “Azərbaycanla oyunda yığmamızı dəstəkləmək istəyən azarkeşlərimizin hamısına təşəkkür edirəm. Onlar DÇ-2014-ün seçmə mərhələsinin çox vacib oyununda millinin yanında olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliya Futbol Federasiyasının prezidenti Fernandu Qomeş deyib.

O, bu gün DÇ-2014-ün seçmə mərhələsinin Azərbaycan yığması ilə Braqada keçiriləcək oyununa satılan biletlərin qurtarmasına münasibət bildirib: “Təəssüf ki, biletlərin bir neçə gün əvvəlcədən qurtarması Portuqaliyadakı matçlarda nadir hadisədir. Lakin Azərbaycanla oyunda azarkeşlər stadiona axışmağa meyllidir. Bu, oyunun vacibliyi ilə bağlıdır. Azarkeşlərimiz ilk dəqiqədən son dəqiqəyə kimi komandamızı dəstəkləyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR