Bank Of Baku

2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının talismanı müəyyənləşib

2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının talismanı müəyyənləşib
# 13 sentyabr 2012 13:32 (UTC +04:00)
Bakı – APA. 2014-cü ildə keçiriləcək dünya çempionatının talismanı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Braziliyadakı mundialın rəmzlərindən biri armadil olacaq.

Bu zirehli heyvanın talisman olacağı rəsmən təsdiqlənməsə də, FİFA bununla bağlı sentyabrın 16-da təqdimat mərasimini keçirəcək. Lakin avropalı həmkarlarımız təqdimatdan öncə bu məlumatı əldə edə biliblər.

Sarı-mavi rəngli armadil hələlik öz adına qovuşmayıb. Bu gülümsəyən heyvanın adı internetdə sorğu ilə seçiləcək. Bunun üçün 3 variantı var: “Bossa Nova”, “Brazuka” və “Carnavalesca”.

Cənubi Amerikada yaşayan 3 zolaqlı armadillərə Braziliyada “tatu-bola” deyirlər. Nəsli kəsilməkdə olan bu heyvanın talisman olmaq təşəbbüsü də təbiəti qorunması sahəsində fəaliyyət göstərən “Caatinga Association” tərəfindən verilib.

Armadil talisman olmağa digər namizədlər Saci adlı puma və Braziliya folklorunun təcəssümü olan personajı üstələyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR