Bank Of Baku

Sinişa Mixayloviç “Neftçi” klubunu autsayder sayır

Sinişa Mixayloviç “Neftçi” klubunu autsayder sayır
# 18 sentyabr 2012 09:48 (UTC +04:00)
Bakı – APA. Serbiya millisinin baş məşqçisi Sinişa Mixayloviç Avropa Liqasının qrup mərhələsində ölkəsini təmsil edən “Partizan” klubunun 1/16 final şanslarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, ölkəsinin məşhur futbol simalarından olan mütəxəssis Azərbaycan çempionu “Neftçi”, İtaliya “İnter”i və Rusiya “Rubin”inin yer aldığı qrup haqda fikirlərini açıqlayıb.

Növbəti mərhələyə çıxacaq 2 yer haqda bəhs edən Mixayloviç “Neftçi”nin adını çəkməməklə, bakılıları autsayder sayıb: “Oyun keyfiyyətlərinə görə “İnter” qrupun favoritidir. Lakin bu, o demək deyil ki, onlar qrupda 1-ci olacaq. “Partizan” isə daha çox Rusiya “Rubin”i ilə 2-ci yer uğrunda mübarizə aparacaq. Bütün serbiyalıları avrokuboklardakı yeganə təmsilçimizi dəstəkləməyə çağırıram”.

Qeyd edək ki, İtaliyanın “Sampdoriya”, “Latsio”, “Roma” və “İnter” klublarında oynaması ilə məşhurlaşan serbiyalı sonuncu komandada məşqçi, “Bolonya”, “Kataniya”, “Fiorentina”da baş məşqçi də olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR