Bank Of Baku

FİFA prezidenti sabah Bakıda mətbuat konfransı keçirəcək

FİFA prezidenti sabah Bakıda mətbuat konfransı keçirəcək
# 20 sentyabr 2012 09:32 (UTC +04:00)
Bakı – APA. FİFA və Yerli Təşkilat Komitəsi U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılış mətbuat konfransı keçiriləcək. Apasport.az saytının məlumatına görə, tədbir mundialın Təşkilat Komitəsinin ümumi yığıncağının ardınca nəzərdə tutulub.

Konfrans sabah saat 11:00-da “Four Seasons” otelinin “Rast” zalında olacaq. Burada FİFA prezidenti Yosef Blatter, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev, U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov və FİFA qadın yarışlarının rəhbəri Tatyana Haenni iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR