Bank Of Baku

Felipe Taborda: “Azərbaycan millisi debütantdır”

Felipe Taborda: “Azərbaycan millisi debütantdır”
# 20 sentyabr 2012 09:45 (UTC +04:00)
Bakı – APA. “Azərbaycandakı dünya çempionatında iştirak etmək mənim həyatımda böyük nailiyyətdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək qızlardan ibarət Kolumbiya millisinin baş məşqçisi Felipe Taborda deyib.

O, 2 gün sonra Azərbaycanda start götürəcək dünya çempionatının final mərhələsi haqda fikirlərini FİFA-nın rəsmi saytına açıqlayıb: “Cənubi Amerikada qadın futbolunda Braziliyadan sonra 2-ci Kolumbiyadır. Bizim mundialdakı hədəfimiz qrupdan çıxıb pley-off mərhələsində oynamaqdır”.

Azərbaycan yığması ilə eyni qrupda yer alıb açılış matçında millimizlə görüşəcək kolumbiyalıların çalışdırıcısı bu matç haqda da danışıb: “Dünya çempionatında 2 vacib oyun var: açılış matçı və final. Açılış oyununda oynamaqla, bunun 50 faizini etmiş oluruq. İlk matç bizim yarışda necə oynayacağımızı göstərəcək. 3 xal qazanmaqla növbəti 2 oyun üçün işimizi asanlaşdıracağıq. Azərbaycan millisi yarışın debütantıdır. Lakin öz meydanlarında oynaması faktı onların çətin rəqib olacağını göstərir. Düşünürəm ki, ilk oyunda hər 2 tərəfdə ürəklə oynayan komanda görəcəyik. Çalışıb oyuna diktə edən tərəf olmalıyıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR