Bank Of Baku

“Araz” – “Barselona” oyununun vaxtı dəqiqləşib

“Araz” – “Barselona” oyununun vaxtı dəqiqləşib
# 20 sentyabr 2012 14:11 (UTC +04:00)
Bakı – APA. Futzal üzrə UEFA kubokunun elit-raundunun təqvimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, A qrupunda yer alan Azərbaycan çempionu “Araz”ın oyunlarının da tarixi dəqiqləşib.

İspaniyanın “Barselona” və Xorvatiyanın “Split” klubları ilə birlikdə Sloveniyada “Litija”nın qonağı olacaq Joze Alesio da Silvabnın yetirmələri ilk matçını meydan sahiblərinə qarşı keçirəcəklər. Təmsilçimiz Kataloniya klubu ilə 2-ci, xorvatiyalılarla isə sonuncu turda qarşılaşacaq. Bu qrupun matçları Laşko şəhərində baş tutacaq.

10 oktyabr
21:00. “Barselona” – “Split”
23:30. “Litija” – “Araz”

11 oktyabr
21:00. “Araz” – “Barselona”
23:30. “Litija” – “Split”

13 oktyabr
21:00. “Araz” – “Split”
23:30. “Litija” – “Barselona”

Qeyd edək ki, yalnız qrup qalibi final mərhələsinə yüksələcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR