Bank Of Baku

Yozef Blatter: “Dünya çempionatının Azərbaycanda keçirilməsi böyük hadisədir”

Yozef Blatter: “Dünya çempionatının Azərbaycanda keçirilməsi böyük hadisədir”
# 21 sentyabr 2012 09:24 (UTC +04:00)
Bakı – APA. “Dünya çempionatının Azərbaycanda keçirilməsi böyük hadisədir. Bu, ölkənizdə futbolun inkişafına xidmət edəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri FİFA-nın prezidenti Yozef Blatter deyib.

Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının açılışı ərəfəsində keçirilən mətbuat konfransında çıxış edən isveçrəli yarış haqda fikirlərini açıqlayıb: “Çempionatın belə bir fərqli məkanda keçirilməsi təqdirəlayiqdir. Coğrafi cəhətdən baxsaq, ölkəniz müxtəlif sivilizasiyaları birləşdirən məkandır. Elə ona görə də burdayam. Dünya çempionatının keçirilməsinə dövlət səviyyəsində ölkə prezidenti İlham Əliyev, AFFA-nın prezidenti Rövnəq Abdullayev böyük dəstək veriblər”.

Blatter yarışda debüt edəcək yığmamız barədə də danışıb: “Azərbaycan yığmasını görməmişəm. Ona görə də onlar haqda nəsə deyə bilmərəm. Mən peyğəmbər deyiləm ki, əvvəlcədən dəqiq proqnoz verim. Çempionatda çıxış edən komandaların hər biri üçün 1/4 finala çıxmaq çətin olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR