Bank Of Baku

UEFA “Neftçi”ni cəzalandırdı

UEFA “Neftçi”ni cəzalandırdı
# 24 sentyabr 2012 13:06 (UTC +04:00)
Bakı – APA. UEFA-nın İntizam Komitəsi iyulun 17-də keçirilmiş "Neftçi" - "Zestafoni" matçı ilə bağlı qərarını açıqlayıb. Apasport.az saytının xəbərinə görə, qərara əsasən komandamız cəzalandırılıb.

Qitə futbol qurumundan ünvanlanan məktubda cəzaya səbəb kimi "Zestafoni" - "Neftçi" matçının 21 və 62-ci dəqiqələrində azarkeşlərin 4 ədəd fişəng yandırması, eləcə də fanatların 75, 78 və 82-ci dəqiqələrdə meydançaya kağız rulon atması göstərilib.

Bu səbəbdən İntizam komitəsi müvafiq bəndləri əsas gətirərək, “ağ-qaralar”ı 20 min avro məbləğində cərimələyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR