Bank Of Baku

Topaz Premyer Liqasının təqvimi yenə dəyişib

Topaz Premyer Liqasının təqvimi yenə dəyişib
# 25 sentyabr 2012 13:28 (UTC +04:00)
Bakı – APA. U-17 qızlar arasında dünya çempionatının oyunlarının keçirilməsi ilə əlaqədar Topaz Premyer Liqasının təqvimində yenidən dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, VII turun 4 qarşılaşmasının keçiriləcəyi məkan dəyişib.

"Qarabağ" - "Simurq" qarşılaşması sentyabrın 29-da Zaqatala şəhərində keçiriləcək. Lənkəranda baş tutmalı olan "Xəzər Lənkəran" - "Turan" oyunu sentyabrın 29-da Tovuz şəhərində oynanılacaq.

"İnter" "Neftçi" ilə “Şəfa”da yox, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qarşılaşacaq. "Rəvan" "Kəpəz" oyunu isə 29 sentyabrdan bir gün sonraya keçirilib. Bu səbəbdən VIII turun "Kəpəz" - "Qarabağ" oyunu oktyabrın 3-dən 4-də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR