Bank Of Baku

Azərbaycanda keçirilən mundialda dünya rekordu qeydə alınıb

Azərbaycanda keçirilən mundialda dünya rekordu qeydə alınıb
# 26 sentyabr 2012 08:37 (UTC +04:00)
Bakı – APA. Azərbaycanda keçirilən 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında dünya çempionatının II turunda Fransa – Şimali Koreya oyunu tarixə düşüb. Apasport.az saytının məlumatına görə, “Dalğa Arena”da 1:1 hesabı ilə nəticələnən oyunda dünya rekordu qeydə alınıb.

Belə ki, Fransaya hesabı bərabərləşdirmək üçün 80 saniyə bəs edib. 60-cı dəqiqədə vurulan həmin qolun müəllifi hücumçu Kadidiatu Diani olub.

2010-cu ildə Trinidad Tobaqoda keçirilən turnirdə Cənubi Koreya yığmasına İspaniya millisi ilə yarımfinal oyununda cavab qolunu vurmaq üçün 94 saniyə lazım olmuşdu. Onda asiyalılar 2:1 hesabı ilə qalib gəlmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR