Bank Of Baku

Sabah Azərbaycanda keçirilən dünya çempionatında ilk 1/4 finalçılar müəyyənləşəcək

Sabah Azərbaycanda keçirilən dünya çempionatında ilk 1/4 finalçılar müəyyənləşəcək
# 28 sentyabr 2012 09:12 (UTC +04:00)
Bakı – APA. Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatında sabah III tura start veriləcək. Apasport.az saytının məlumatına görə, turun ilk oyun günündə 4 qarşılaşma baş tutacaq.

A və B qruplarında mübarizəyə yekun vurulacaq gündə eyni “dörd”lükdə yer alan komandalar paralel mübarizə aparacaq. Çünki 1/4 finala ilk vəsiqələrin sahibi məhz bu görüşlərdə bilinəcək. Hər qrupda yalnız 1 komanda şansını itirdiyindən 3 yığma 2 vəsiqənin sahibini müəyyənləşdirəcək.

Əvvəl B qrupu komandaları meydana çıxacaq. Burada ən asan vəzifə KXDR yığmasınındır. Asiyalılar uduzmayacağı halda, adını 1/4 finala yazdıracaq. Onların rəqibi olan ABŞ millisi isə qələbə qazanmalıdır.

Düzdür, amerikalıları heç-heçə də qane edə bilər. Lakin bunun üçün onlar 1 qol vursa, Fransa millisi aşkar autsayder Qambiyaya qarşı oyunda 6-dan az top fərqi ilə qalib gəlməli, ya da şimallılar ən azı 2 qol vurmaqla heç-heçə etməlidirlər.

Fransalıların taleyi öz əlində deyil. Digər matçda 2:2 və ya daha məhsuldar heç-heçə olarsa, onlar kənarda qalacaq. Qolsuz heç-heçə və ya tərəflərdən birinin qələbəsini arzulayan avropalılar özləri də afrikalılara mümkün qədər çox qol vurmalıdır.

Qambiya kimi qrupda qalan Azərbaycan milli komandasının yer aldığı A qrupunda digər uğursuz da müəyyənləşəcək. Son oyununa çıxacaq yığmamızla görüşən Kanadanın işi daha asandır. Autsayderlə görüşən şimallılar hətta heç-heçə etməklə, 1/4 finala yüksələcək. Nigeriyanın Kolumbiyanı udacağı halda, kanadalılar məğlubiyyətlə də mərhələ adlayacaq. Afrikalılarla Cənubi Amerika təmsilçisinin görüşündə isə birinciləri heç-heçə də (Azərbaycanın qələbəsi halında məğlubiyyət də) qane edir. Kolumbiya yığması isə mütləq qələbə qazanmalıdır.

Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 30-da yekun vurulacaq.

29 sentyabr
17 yaşadək qızlar arasında dünya çempionatı
III tur

B qrupu

17:00. Qambiya – Fransa
Baş hakim: Fino Vuvu (Fici)
Bakı. “Dalğa Arena” stadionu

17:00. ABŞ – KXDR
Baş hakim: Katalin Kulçar (Macarıstan)
Bakı. “Bayıl Arena” stadionu

1

KXDR

2

1

1

0

12-1

4

2

ABŞ

2

1

1

0

6-0

4

3

Fransa

2

0

2

0

1-1

2

4

Qambiya

2

0

0

2

0-17

0




A qrupu

20:00. KANADA – AZƏRBAYCAN
Baş hakim: Klaudiya Umpyerres (Uruqvay)
Bakı. “Dalğa Arena” stadionu

20:00. Kolumbiya - Nigeriya
Baş hakim: Kardella Samuels (Yamayka)
Bakı. “Bayıl Arena” stadionu

1

Nigeriya

2

1

1

0

12-1

4

2

Kanada

2

1

1

0

2-1

4

3

Kolumbiya

2

1

0

1

4-1

3

4

AZƏRBAYCAN

2

0

0

2

0-15

0

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR