Bank Of Baku

2016-cı il Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasiminin vaxtı bəlli olub

2016-cı il Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasiminin vaxtı bəlli olub
# 28 sentyabr 2012 09:32 (UTC +04:00)
Bakı – APA. Futbol üzrə 2016-cı il Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasiminin vaxtı və yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nin Təşkilat Komitəsinin sədri Jak Lamber tədbirin 2014-cü il martın 9-da Fransanın Nitsa şəhərində keçiriləcəyini bildirib.

Azərbaycan yığmasının da qatılacağı seçmə mərhələ oyunları 2014-cü ilin sentyabrından 2015-ci ilin noyabrınadək olacaq.

Final mərhələsinin püşkü 2015-ci ilin dekabrında Parisdə keçiriləcək. Həlledici mərhələnin açılış günü hələ dəqiqləşməyib. Həmin tədbir 2016-cı ildə iyunun 10-u, 11-i və ya 12-də olacaq.

Ancaq final matçının iyulun 10-da keçiriləcəyi artıq dəqiqləşib. Lamberin sözlərinə görə, həmin oyunun Fransa paytaxtında keçiriləcəyini indidən demək olmaz: “Biz final oyununun yerini qəti müəyyənləşdirməyə hələ tələsmirik. Parisdə “Stad de Frans”, Marsel və Liondakı stadionlar bunu qəbul etmək iqtidarındadır”.

Qeyd edək ki, milli komandamız final mərhələsinin iştirakçılarının 24-dən 32-yə yüksələcəyi bu məsul turnirə çıxmaq vəzifəsini indidən qarşısına qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR