Bank Of Baku

Azərbaycan yığmasının oyunu təxirə salındı

Azərbaycan yığmasının oyunu təxirə salındı
# 01 oktyabr 2012 08:16 (UTC +04:00)
Bakı – APA. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının iştirak etdiyi İspaniyanın Alikante şəhərində təşkil olunmuş beynəlxalq turnirin təqvimində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Kamerun yığması turnirə qatılmaması oyunların keçirilmə vaxtında dəyişikliklərə səbəb olub.

Bu dəyişikliklər millimizin də oyunlarına təsir edib. Yığmamızın bu gün ABŞ komandası ilə keçirməli olduğu oyun oktyabrın 2-də baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Qeyd edək ki, yığmamız turnir çərçivəsində keçirdiyi ilk oyunda Kanada yığması ilə 2:2 hesablı heç-heçə edib, növbəti qarşılaşmada isə Meksika komandasını 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR