Bank Of Baku

Esteban Kombiasso: “Neftçi” ilə oyunu düşünürük”

Esteban Kombiasso: “Neftçi” ilə oyunu düşünürük”
# 01 oktyabr 2012 08:32 (UTC +04:00)
Bakı – APA. “Fiorentina” ilə matçın ilk yarısı bizim üçün sözün həqiqi mənasında əla keçdi. Əgər birinci hissə 4:1 hesabı ilə başa çatsaydı, heç kim təəcüblənməzdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”ni Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan “İnter”in yarımmüdafiəçisi Esteban Kombiasso deyib.

Argentinalı futbolçu artıq “Neftçi” ilə oyun barəsində düşündüklərini bildirib: “Hər oyun fərqli olur. Komandamız hələ yeni qurulur. Stramaççonin öz ideyaları var. İlk öncə bizi Avroliqada “Neftçi” ilə oyun gözləyir. Hələlik yalnız bu oyunu düşünürük. “Neftçi”yə qarşı oynayaq, sonra Milanla derbisi haqda danışarıq. Bu oyunda heç vaxt favorit olmayıb”.

Qeyd edək ki, “Neftçi” – “İnter” matçı oktyabrın 4-də “Tofiq Bəhramov”da baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR