Bank Of Baku

Sissi Rayt: “Fəxr edirəm ki, Azərbaycanın 17 yaşadək qızlardan ibarət komandası var”

Sissi Rayt: “Fəxr edirəm ki, Azərbaycanın 17 yaşadək qızlardan ibarət komandası var”
# 01 oktyabr 2012 12:25 (UTC +04:00)
Bakı – APA. “Kanada yığması ilə oyunda apardığımız mübarizə möhtəşəm idi. Oyunçularımızın necə istəklə çıxış etdiyinin şahidi oldum”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Sissi Rayt deyib.

Almaniyalı mütəxəssis ölkəmizdə keçirilən dünya çempionatının Kanada ilə oyunundakı 0:1 hesablı məğlubiyyətdən razı qalıb. Onun fikrincə, aldığı 2 məğlubiyyətdən sonra komandamızın göstərdiyi bu oyun futbolçuların xarakterə malik olmasını göstərir: “Biz 2 ili ona görə çalışmamışıq ki, sonda 3 məğlubiyyət alaq. Bu üzdən mən razı qala bilmərəm. Mən bu komanda ilə işimə köklənmişəm. Çempionat bizim üçün bir təcrübə oldu. Nə qədər çox çalışsaq da, hələ görməli işlərimiz çoxdur. Yolumuza davam etməliyik. Fəxr edirəm ki, Azərbaycanın 17 yaşadək qızlardan ibarət komandası var”.

Rayt Azərbaycan dilini öyrəndiyini də açıqlayıb: “Azərbaycanca bəzi sözləri öyrənmişəm. “Nuş olsun”, “Nasılsınız”, “Sabahınız xeyir” sözlərini bilirəm və öyrənməyə sürətlə davam edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR