Bank Of Baku

İtaliya polisi “Napoli”nin bazasında axtarış apardı

İtaliya polisi “Napoli”nin bazasında axtarış apardı
# 03 oktyabr 2012 13:59 (UTC +04:00)
Bakı – APA. İtaliya polisi futbol federasiyasının ofisində və “Napoli” klubunun bazasında axtarış aparıb. Apasport.az saytının məlumatına görə, hüquq-mühafizə orqanlarının əsas diqqətini Neapol təmsilçisinin transfer fəaliyyəti cəlb edib.

Belə ki, polis sənədlərin bir hissəsini, o cümlədən klubun maliyyə hesabatını, futbolçuların müqavilələrini və oyunçuların agentləri ilə anlaşmaları nəzərdən keçirib.

“Napoli” güc strukturlarının diqqət mərkəzinə İtaliya futbolunda bu ilin mayından başlayan danışılmış oyunlarla bağlı geniş miqyaslı araşdırma zamanı düşüb. İyunda komandanın baş məşqçisi Valter Matsarri, habelə bir qrup futbolçular polis tərəfindən dindirilib.

Qeyd edək ki, “Napoli” cari mövsümdə 6 oyundan 16 xalla 2-ci yerdə gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR