Bank Of Baku

“İnter”in baş məşqçisi Andrea Stramaççoni: ““Neftçi” bizim üçün ciddi rəqibdir”

“İnter”in baş məşqçisi Andrea Stramaççoni: ““Neftçi” bizim üçün ciddi rəqibdir”
# 03 oktyabr 2012 16:39 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter” klubunun baş məşqçisi Andrea Stramaççoni deyib.

İtaliyalı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində “Neftçi” ilə oyundan öncə təşkil olunan mətbuat konfransında bildirib ki, “ağ-qaralar”ı zəif komanda saymırlar: “Əlbəttə, nümayəndələrimizdən “Neftçi” haqda daha çox informasiya toplamağı xahiş etdim. İndi “Neftçi” dəyişib. 4 futbolçu – Flavinyo, Kanales, İmamverdiyev, Vobay bizə başağrısı ola bilər. Bu səbəbdən oyuna ciddi yanaşırıq. “Neftçi” bizim üçün ciddi rəqibdir”.

Gənc mütəxəssis aparıcı futbolçularının Bakıya gətirməməsinin səbəbini açıqlayıb: “Həmin futbolçular son vaxtlar çox yükləniblər. Qısa müddətdə 5 oyun keçirməli idilər. Buna görə onlara istirahət verdim. Onların əvəzinə enerjili futbolçular oynayacaq. Sabah mənə belə futbolçular lazım olacaq”.

Stramaççoni bütün turnirlərə ciddi yanaşdıqlarını bildirib: “İnter” kimi komanda qatıldığı bütün turnirlərdə yaxşı çıxış etməlidir. Hər üç turnirdə maksimum nəticə qazanmağa çalışmalıdır. A seriyası, İtaliya kuboku və Avroliqada yaxşı çıxış etməyə çalışacağıq. Komandam sabahkı oyuna böyük motivasiya ilə çıxacaq. Çünki biz bura yaxşı nəticə dalınca gəlmişik. Hücumçumuz Koutinyo indi yaxşı vəziyyətdir. “Rubin”lə 2:2 hesabı ilə nəticələnən oyundan nəticə çıxartmışıq”.

O bildirib ki, “ağ-qaralar”ın APEOL-lə görüşləri, “Partizan”la matçı yaxşı keçirməsi güclü olmasından xəbər verir: “Neftçi”yə ciddi rəqib kimi yanaşmaq lazımdır. Əsas futbolçularımızın bura gəlməməyini hörmətsizlik kimi qəbul etməmək lazımdır. Onlar da vaxt gələndə “Neftçi”yə qarşı oynayacaqlar. Onu da demək istəyirik ki, “Neftçi”nin bir az üstünlüyü var. Bu üstünlük rəqibin son vaxtlar yaxşı oynamağı və evdə çıxış etməsidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR