Bank Of Baku

İtalyan futbolçular Kaxa Kaladzeni nazir postuna namizədliyi ilə əlaqədar təbrik ediblər

İtalyan futbolçular Kaxa Kaladzeni nazir postuna namizədliyi ilə əlaqədar təbrik ediblər
# 09 oktyabr 2012 16:37 (UTC +04:00)
Bakı-APA. İtaliyanın tanınmış futbolçuları “Gürcü arzusu” koalisiyasının liderlərindən Kaxa Kaladzeni Gürcüstanın regional inkişaf və infrastruktur naziri postuna namizəd olması münasibətilə təbrik ediblər. APA-nın məlumatına görə, keçmiş futbolçu “İzvestiya”ya müsahibəsində sabiq komanda yoldaşları Cennaro Qattuzo və Alessandro Nestanın ona zəng vuraraq təbrik etdiyini deyib.
Xatırladaq nazir postuna namizədliyi irəli sürülən Kaxa Kaladze futbolçu karyerası dövründə “Dinamo” (Kiyev) və “Milan” kimi klubların şərəfini qoruyub. O, karyerasını İtaliyanın “Cenoa” klubunda bitirib. Kaladze parlament seçkilərində “Gürcü arzusu” koalisiyası proporsional siyahısına rəhbərlik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR