Bank Of Baku

Sergey Nikitin: “Azərbaycan yığması müdafiə futbolu oynayacaq”

Sergey Nikitin: “Azərbaycan yığması müdafiə futbolu oynayacaq”
# 10 oktyabr 2012 10:07 (UTC +04:00)
Bakı – APA. “Qarşımıza çempionatın yaz hissəsinə - növbəti mərhələyə çıxmaq vəzifəsi qoyulub. Azərbaycan və Sloveniya ilə keçirəcəyimiz ilk 2 oyunda maksimum nəticə göstərməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək qızlardan ibarət Rusiya millisinin baş məşqçisi Sergey Nikitin deyib.

O, Avropa çempionatının seçmə mərhələsi və rəqiblər – Azərbaycan, Sloveniya və İsveçlə oyunlar haqda fikirlərini açıqlayıb: “İsveçlə oyun fərqli məcrada olacaq. Çünki rəqib Avropanın ən yaxşılarından biridir. Lakin biz turnirdəki vəzifəmizi ilk 2 oyunda həll etməliyik”.

Nikitin yığmamızla oyuna xüsusi hazırlıq keçəcəklərini bildirib: “Azərbaycan və Sloveniya müdafiə futbolu oynayacaq. Krımsk toplanışında da buna uyğun hazırlıq keçəcəyik. Hücumların məntiqi sonluğa çatdırılması, imkanlardan yararlanmaq üzərində işləyəcəyik. Biz belə rəqiblərlə matçlarda ərazi üstünlüyündən istifadə etməyi bacarmalıyıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR