Berti Foqts: “Moskvadan yaxşı nəticə ilə qayıtmaq istəyirik”
Foqts öncə Rusiya yığması ilə oktyabrın 16-da Moskvada keçiriləcək rəsmi oyuna hazırlıq barəsində danışıb: “Bir neçə gündür təlim-məşq toplanışdayıq. Çox istərdim ki, jurnalistləri orada gördüm. Ancaq təəssüf ki, görmədim. Hazırlıq üçün şərait çox yaxşıdı. Moskvada süni meydançada oynayacağımızdan, biz də belə qazonda çalışırıq. Futbolçulardan tam razı qala bilərdim, ancaq bir az yorğundurlar. Əsas odur ki, çalışırlar və oyunu böyük həvəslə gözləyirlər. Moskvadan yaxşı nəticə ilə qayıtmaq istəyirik. Yaxşı oyun göstərəcəyimizə inanıram”.
Komandada əsas problemin Rəşad Sadıqovla bağlı olduğunu deyən Foqts kapitanın zədəli olduğunu bildirib: “Rəşad məşqdə zədələnib. Həkimlər vəziyyətinə baxır. Qarşıdakı günlərdə məşq etməlidir. Əgər edə bilməsə, Moskvada oynamayacaq. Bilsəm ki, Rəşad meydana çıxmayacaq, onu kiminlə əvəzləmək haqda fikirləşəcəyəm. Ancaq hələlik onun meydana çıxa biləcəyinə ümid edirəm”.
Almaniyalı mütəxəssis düşərgəyə yeni dəvət olunan futbolçular haqda da danışıb: “Almaniyanın III liqasında oynayan Dmitri Nazarov artıq gedib. Zədəli olduğundan düşərgədə qalmadı. Maraqlı, sürətli futbolçudur. Elhad Nəzirli isə Moldovadan dəvət edilib. Onu məni Almaniyada çalışan məşqçi məsləhət görüb. Noyabrda Şimali İrlandiya ilə oyunumuz var. Elhadı həmin matça da dəvət edə bilərik”.
Millimizin çalışdırıcı Premyer Liqanın lideri olan “Simurq”un kapitanı Rasim Ramaldanovun yığmaya çağırılmamağına da toxunub: “Sözsüz, həmin futbolçunu tanıyıram. Mən ölkə çempionatı ilə beynəlxalq oyunlardakı fərqi hiss edirəm. Onu və bir neçə futbolçunu dekabrda Bakıda təlim-məşq toplanışımıza çağıracağam”.
Foqts Moskvadakı qarşılaşmada qapıda Kamran Ağayevin duracağını bildirib: “Məşqləri buna uyğun qururam. Şadam ki, Anar Nəzirov son 2 matçda oynayır. Səlahət Ağayev isə inkişaf edir. Ancaq hazırda Kamran Azərbaycanda 1 nömrəli qapıçıdır”.
66 yaşlı mütəxəssis ölkəmizdə oynayan bəzi legionerlərin milliləşdirilməsinə də münasibət bildirib: “FİFA-nın bununla bağlı qaydası var. Həmin legioner 5 il ölkəmizdə oynamalıdır. Məndə olan məlumata görə, Nazarovun Azərbaycan kökləri var. Ancaq istənilən halda, bu sualı mənə yox, AFFA-ya vermək lazımdır. Biz Dmitrini yalnız yoxlayırıq. Azərbaycanda əvvəl də olub ki, burada oynayan legionerə milli pasport verilib. Oyunçu maraqlı olsa, ona pasport verəcəyik”.
Foqts müdafiənin sol cinahında oynaya bilən Elnur Allahverdiyevlə Ufuk Budakın yoxluğunda kimi oynadacağını hələ müəyyənləşdirməyib: “Bilirik ki, sol cinahda seçimimiz çox deyil. Bir sıra futbolçulara baxıb, sağdan sola keçiririk. Hazırlıq bitəndən sonra qərarımızı verəcəyik”.
Futbol
Xəbər Lenti
Pit Heqset İranı hədələyib: Tankerlərinizi məhv edəcəyik
SEPAH: İran ABŞ-ın aviadaşıyıcısına ballistik raketlərlə zərbələr endirib
WP Sudan hökumətinin gizli kimyəvi silah ehtiyatlarına malik olduğunu iddia edir
CBS: ABŞ sursat ehtiyatları ilə bağlı məlumat sızmasında xarici kəşfiyyat izindən şübhələnib
Hakan Fidan Abbas Əraqçi ilə İran-ABŞ böhranını müzakirə edib
Putin-Uitkoff-Kuşner danışıqları başa çatıb - VİDEO - YENİLƏNİB-2
Ağdamda traktor minaya düşüb
SEPAH: ABŞ-la əlaqəli 3 gəmi və 3 neft tankeri hədəfə alınıb
Konqoda toy mərasimində baş verən yanğın nəticəsində azı 22 nəfər ölüb
Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub
Merz Almaniyanın sənaye sektorunda iş yerlərini itirdiyini etiraf edib
Zelenski: Uitkoff və Kuşner sentyabrın 6-da Kiyevə səfər edəcəklər
Putin: Kiyevə zərbələrin dayandırılması ilə bağlı xahiş rəsmi kanallarla daxil olub
KİV: Türkiyə ilə ABŞ arasında S-400 sistemləri ilə bağlı irəliləyiş əldə edilib
Niger Fransanı ölkədə hərbi qiyam törətməyə cəhddə ittiham edib
İranda yanacaq daşıyan sisternin partlaması nəticəsində 10 nəfər ölüb
Nigeriya hərbçiləri terrorçuların girov götürdüyü 36 nəfəri azad edib
Qubada bu il 200 tona yaxın bal istehsal edilib
Vətən müharibəsi iştirakçısı: Şuşada, Cıdır düzündə hər bir iz canlı tarixdir, belə yerlərə zərər vurmaq yolverilməzdir
Yunanıstanda aviaşou zamanı qırıcı təyyarə qəzaya uğrayıb, iki pilot ölüb - YENİLƏNİB
Şuşanın hər daşı milli yaddaşımızın bir parçasıdır, zərər vurmaq yolverilməzdir - RƏY
ABŞ ordusu İrana məxsus üç neft tankerinə hücum edib - VİDEO
Zelenski: Moskvaya hücumları dayandırmağa hazırıq, Rusiyadan da eyni addımı gözləyirik
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edilib
Nepalda daşqınlar nəticəsində tuneldə qalan iki nəfər xilas edilib
Bursada meşə yanğını başlayıb
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO