Bank Of Baku

Fransa milli komandasının sabiq futbolçusu Villi Sanyol Azərbaycana gəlib

Fransa milli komandasının sabiq futbolçusu Villi Sanyol Azərbaycana gəlib
# 11 oktyabr 2012 16:50 (UTC +04:00)
Bakı-APA. Fransa milli komandasının sabiq futbolçusu Villi Sanyol Azərbaycana gəlib. Apasport.az saytının məlumatına görə, 2006-cı ildə keçirilən dünya çempionatının gümüş mükafatçısı ölkəmizdə keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatının final matçını izləmək üçün Bakıya təşrif buyurub.

2000-2009-cü illərdə Almaniyanın “Bavariya” klubunda forma geyən Sanyol hazırda Fransanın aşağı yaş qrupları üzrə yığmalarının idman direktorudur. O, millisinin KXDR ilə final matçına baxmaq məqsədini gizlətməyib: “Azərbaycana ona görə gəlmişəm ki, finala çıxan qızlarımızı bu uğuru münasibətilə təbrik edim. Bütün futbolçulara və məşqçilər korpusunu təbrik edib, çəkdikləri əziyyət üçün təşəkkür edirəm. Onların son 3 həftədə etdikləri böyük nailiyyətdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR