Bank Of Baku

Fransa futbolçuları “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan–2012”-nin qalibi olublar

Fransa futbolçuları “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan–2012”-nin qalibi olublar
# 13 oktyabr 2012 19:05 (UTC +04:00)
Prezident İlham Əliyev, Avropa Futbol Federasiyaları Assosiasiyasının prezidenti Mişel Platini, FIFA İcraiyyə Komitəsinin üzvü Lydia Nsekera, beynəlxalq və milli futbol qurumlarının rəhbərləri bağlanış mərasimində iştirak edərək final oyununu izləyib.

APA-nın xəbərinə görə, turnirin final oyununda Fransa və Koreya Xalq Demokratik Respublikasının komandaları qarşılaşıb. Oyunun əsas vaxtında qalib müəyyənləşmədiyindən (1:1) kubokun sahibini müəyyən etmək üçün penalti zərbələrindən istifadə edilib.

Bu mərhələdə daha üstün olan (7:6) Fransanın 17 yaşlı qadın futbolçuları “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan–2012”nin kubokuna sahib çıxıb.

Qaliblərə mükafatlar prezident İlham Əliyev, UEFA-nın prezidenti Mişel Platini, FIFA İcraiyyə Komitəsinin üzvü Lydia Nsekera və başqa nüfuzlu şəxslər tərəfindən təqdim edilib.

Mükafatlandırma mərasimindən sonra səhnəyə çıxan dünya şöhrətli müğənni Şakira 27 min azarkeş qarşısında konsert proqramı ilə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR