Berti Foqts: “Mənim üçün qələbə vacib deyil”
Almaniyalı mütəxəssis DÇ-2014-ün seçmə mərhələsinin Rusiya ilə sabah baş tutacaq oyunu ərəfəsində baş tutan mətbuat konfransında heyətlə bağlı danışıb.
Foqts zədəli müdafiəçi Rəşad Sadıqovun milli üçün vacibliyini vurğulayıb: “Rəşadın oynamayacağı halda onu kimin əvəzləyəcəyini mən də, köməkçim də bilir. Lakin bunu açıqlamaq istəmirəm. Mənə elə gəlir ki, Fabio Kapello üçün Sadıqovun oynayıb-oynamamağının elə də fərqi yoxdur. Amma bizim üçün fərqi var. Çünki Rəşad seçmə oyunlarda çox yaxşı təsir bağışlayıb. Meydana çıxacağı halda, ondan yenə eyni oyunu gözləyirik”.
Foqts yığmamızın az qələbə qazanmağından narahat olmadığını da açıqlayıb: “Mənim üçün Azərbaycan yığmasında qələbə elə də vacib deyil. Mən bura futbolu inkişaf etdirməyə gəlmişəm. Bilirdim ki, burada məğlubiyyətlərim çox olacaq. Mənim məqsədim Azərbaycan yığmasını Avropada ortabab səviyyəsinə qaldırmaqdır.”
Rəqib haqda sualların əksəriyyətini köməkçisi Olaf Yansenin cavablandırmasını lazım bilən Foqts Rusiya haqda öz fikirlərini də bildirib: “Rusiya yığması həmişə güclü olub: 3 il əvvəl də, indi də. Onların AVRO-2012-dəki uğursuzluğu sadəcə təəssüf doğurur. Onların sadəcə bəxtləri gətirmədi. Rəqibimiz ilk 2 oyunda fərqli, Portuqaliya ilə matçda başqa cür çıxış etdi”.
Almaniyalı mütəxəssis yığmamızın Moskvada qol vura biləcəyini mümkün sayır: “Ötən seçmə mərhələdə Almaniya yığmasına hər 2 oyunda qol vuran yeganə komanda Azərbaycan millisi oldu. Rusiyaya niyə qol vurmayaq ki? Bəlkə də lap 2 qol vurduq. Düzdür, Portuqaliya kimi komanda onlara qol vura bilmədi. Amma futbolda komanda oyunu var. İspaniya məhz belə oyun oynayır. Portuqaliya isə daha çox Kriştianu Ronaldonun fərdi oyunu ilə seçilir”.
Foqts matçın süni örtükdə keçirilməsinin problem olmadığını düşünür: “Oyunun süni meydanda keçirilməsi problem deyil. Azərbaycanda çox belə meydança var. “Lujniki”də isə ən yaxşı süni örtük mövcuddur. Burda oynamaq çətinlik yaratmamalıdır. Moskvaya tez gəlməyimiz buranın soyuq havasına uyğunlaşmaq məqsədi daşıyır”.
Almaniyalı hər dəfə olduğu kimi yenə klublarda aparılan işdən narazılıq ifadə edib: “Futbolçuları 10 günlük toplanışla ərzində nə qədər hazırlamaq olar. Bu iş klublarda aparılmalıdır”.
Futbol
Yenidənqurmadan sonra Xankəndi stadionunda ilk rəsmi futbol qarşılaşması keçirilib - FOTO - YENİLƏNİB
“Xankəndi” doğma arenada ilk oyununa çıxır
Xankəndidə mini futbol turniri başa çatıb
Rusiya millisi AVRO-2028-in seçmə mərhələsinin püşkatmasına daxil edilməyib
Xəbər Lenti
Emin Hüseynov: Ağdamda yaşayanların sayı 8 300 nəfərə çatıb
Ağdamda Şəhər Günü münasibətilə yarmarka təşkil olunub
Polşada Rusiya raketlərinin və reaktiv PUA-sının qalıqları aşkarlanıb
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasında geniş işıqlandırılıb
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Sosial müavinətlərin və təqaüdlərin ödəniləcəyi tarix məlum olub
Xameneinin müşaviri: ABŞ artıq İrana qarşı tərəfdar toplamaq gücündə deyil, Tramp Çindən əliboş qayıdıb
Prezident Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - YENİLƏNİB
AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görülüb
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib, aktivlik davam edir - FOTO - YENİLƏNİB
Ermənistanın yeni Konstitusiyasının layihəsi bazar ertəsi dərc olunacaq, Paşinyan xalqa müraciət edəcək
“Baku Steel Company” QSC açıq tender elan edir
Zakir Fərəcov sakinlərin müraciət və təkliflərini dinləyib
AMEA-nın strukturunda dəyişiklik edilib
Ağdamda Qarabağ atlarının şousu keçirilib - FOTO
Özbəkistanda Şah İsmayıl Xətai adına Mərkəzin açılış mərasimi keçirilib - FOTO - VİDEO
Dövlət mühafizəsində olan tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələri üzrə bölgüsü dəyişib
Şəmkirdə 41 yaşlı kişini cərəyan vuraraq öldürüb
Noyabrın pensiya ödənişləri yekunlaşıb
Nazirlik: "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemində 7 830 təşkilat qeydiyyatdan keçib
Aeroport yolunda təhlükəsizliyin təkmilləşdirilməsi ilə bağlı hərəkət məhdudlaşdırılacaq
Sabahın hava proqnozu açıqlanıb
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Prezident İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - YENİLƏNİB-1
“Bakı Fond Birjası”nın vəzifəli şəxsi cərimə olunub
Azərbaycanla Serbiya müdafiə nazirlikləri arasında ekspert görüşü keçirilib
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Ucarda yol qəzasında 3 nəfər xəsarət alıb - FOTO
Polşa Baş naziri: Hava məkanının pozulmasından sonra hazırda heç bir təhlükə yoxdur
Hoa Lò: Con Makkeyn və digər ABŞ pilotlarının saxlanıldığı məşhur Vyetnam həbsxanası - FOTO - VİDEO
Polşada güclü partlayış baş verib, ölkənin hava məkanına Rusiya raketinin daxil olduğu ehtimal edilir
Azərbaycan parataekvondoçusu dünya çempionu olub
Azərbaycan rəqəmsal hökumətin inkişaf səviyyəsinə görə dünya üzrə 38-ci mövqeyə yüksəlib
Almaniyadan gələn nəqliyyat vasitəsində bəyan edilməyən mallar aşkarlanıb
FHN-in yüksək nəticə göstərmiş idmançıları ilə görüş keçirilib
Rusiya MN: Kiyev ilə Odessada avtomobil və dəmiryolu körpülərinə zərbə endirilib
“AzInTelecom” SİMA həllərini Portuqaliyada keçirilən “Web Summit”də təqdim edib
Maliyyə yardımı alan media subyektlərinin veb-sayt və sosial şəbəkə hesablarının göstəriciləri ildə iki dəfə monitorinq olunacaq
Rusiya XİN: "Avropa üçlüyü"nün Moskvaya səfəri hazırlanır
Gəncədə “Texniki təhlükəsizlik bizim prioritetimizdir" mövzusunda seminar-müşavirə keçirilib - FOTO
Diplomatlar Böyük Qayıdış haqqında məlumatlandırılıblar
ABB DAVR-a lisenziya verilib
Bu ilin 10 ayında DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
Media subyektləri və fərdi jurnalist müsabiqələrinin keçirilməsi qaydalarında yeniliklər bilinib
Avropa istilik mövsümündə qaz anbarlarından ehtiyatların 11%-ni çıxarıb
FHN Qusarda hoteldə təlim keçirib - VİDEO
Qiymətləndirmədə jurnalistin müsabiqəyə təqdim etdiyi materialla bağlı fərdi rəqəmsal hesablarında paylaşımları nəzərə alınacaq
Sabirabadda avtomobilin vurduğu piyada 20 gün sonra xəstəxanada ölüb