Bank Of Baku

İranda qadınlar kişi görkəmində stadiona daxil olublar

İranda qadınlar kişi görkəmində stadiona daxil olublar
# 18 oktyabr 2012 10:26 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda 2014-cü ildə Braziliyada keçiriləcək futbol üzrə Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində baş tutan İran-Cənubi Koreya oyununu qadın azarkeşlər kişi görkəmində izləyiblər.

APA-nın məlumatına görə, saçlarını gizlətmək üçün başlarına papaq qoyan bir neçə gənc qız kişi paltarı geyinərək oyunun keçirildiyi Tehranın “Azadlıq” stadionuna daxil ola biliblər. Stadion əməkdaşlarının kişi zənn etdikləri qadın azarkeşlər oyunu sona qədər izləyiblər.

Qeyd edək ki, İranda qadınların kişilərlə birgə stadionda futbol izləməsi qadağandır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR