Bank Of Baku

Rüştü Rəncbər “Los Anceles Galaxy”də forma geyə bilər

Rüştü Rəncbər “Los Anceles Galaxy”də forma geyə bilər
# 20 oktyabr 2012 08:29 (UTC +04:00)
Bakı-APA. Türkiyə yığmasının sabiq qapıçısı Rüştü Rəcbər Amerika klublarından birinə keçə bilər. Apaspor.az saytının xəbərinə görə, təcrübəli qapıçı MLS-də mübarizə aparan "Los Anceles Galaxy" ilə görüşdüyünü açıqlayıb.

39 yaşlı qolkiper danışıqların müsbət sonlanması üçün kiçik nüansların qaldığını bildirib: "ABŞ-dan iki komanda ilə görüşürəm. Bunlardan biri "Los Anceles Galaxy"dir. Böyük ehtimalla 10 gün içində hər şey dəqiqləşəcək. Hazırda müqavilə müddətində bəzi məsələlər üzərində dayanmışıq. Mən 2 illik müqavilə istədiyim halda onlar 1 illlik istəyir. 1 illik olarsa, qəbul etməyəcəm. Çünki ABŞ-a ailəmlə birlikdə gedəcəm. Uşaqlarımın məktəbi var. Burada qurduğumuz həyatı 1 illik karyera üçün pozmaq istəmirəm".

Qeyd edək ki, Rüştü karyerası boyu ölkə xaricində yalnız "Barselona"da forma geyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR