Bank Of Baku

“Rubin” – “Neftçi” görüşünün hakimləri müəyyənləşib

“Rubin” – “Neftçi” görüşünün hakimləri müəyyənləşib
# 22 oktyabr 2012 14:15 (UTC +04:00)
Bakı – APA. Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 25-də keçiriləcək "Rubin" (Rusiya) - "Neftçi" matçının hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, oyunu Danimarkadan olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın baş hakimi Ken Hansen olacaq. O yan xətt hakimləri Lars Rix və David Vang Andersen kömək edəcəklər.

Qapıların arxasında dayanan hakimlər isə Yakob Kehlet və Mads-Kristoffer Kristoffersen olacaq. 4-cü hakim vəzifəsini Henrik Kristensen yerinə yetirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR