Bank Of Baku

“Xəzər Lənkəran” 2 min manat cərimə edilib

“Xəzər Lənkəran” 2 min manat cərimə edilib
# 23 oktyabr 2012 10:00 (UTC +04:00)
Bakı – APA. AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının IX turunda baş verən qayda pozuntularına hüququ qiymət verilib.

Belə ki, “Neftçi” ilə oyunda 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün “Kəpəz” 1000 manat cərimə olunub. “Turan” – AZAL duelində isə ev sahibləri cəzaya məruz qalib. Onların 6 futbolçusu sarı vərəqə aldıqlarına görə klub “Kəpəz”lə eyni miqdarda cərimə olunub.

“Xəzər Lənkəran” – “Qəbələ” matçının 82-ci dəqiqəsində isə “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR