Bank Of Baku

2028-ci ildə UEFA Superkubokunun oyunu Astanada keçiriləcək

2028-ci ildə UEFA Superkubokunun oyunu Astanada keçiriləcək
# 15 sentyabr 2026 14:21 (UTC +04:00)

UEFA 2028 və 2029-cu illərdə keçiriləcək əsas klub turnirlərinin finallarına ev sahibliyi edəcək şəhər və stadionları açıqlayıb.

Apasport.az xəbər verir ki, qərar UEFA İcraiyyə Komitəsinin Salonikidə keçirilən iclasında qəbul olunub.

2028-ci ildə Çempionlar Liqasının finalı Münhendəki “Munich Football Arena”da, Avropa Liqasının həlledici görüşü Buxarestdəki “National Arena”da, Konfrans Liqasının finalı isə Turindəki “Juventus Stadium”da keçiriləcək.

2029-cu ildə Çempionlar Liqasının finalına Barselonadakı “Camp Nou” ev sahibliyi edəcək. Avropa Liqasının finalı Belqraddakı Serbiya Milli Stadionunda, Konfrans Liqasının həlledici matçı isə Budapeştdəki “Puşkaş Arena”da baş tutacaq.

UEFA Superkuboku ilə bağlı qərarlar isə 2027 və 2028-ci illəri əhatə edir. 2027-ci ilin Superkuboku Amsterdamdakı “Johan Cruyff Arena”da, 2028-ci ilin oyunu isə Astanadakı “Astana Arena”da keçiriləcək.

Qeyd edək ki, qadınlar arasında Çempionlar Liqasının 2028-ci il finalı Lionda, 2029-cu il finalı isə Kardiffdə təşkil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR