AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək.
Apasport.az saytının məlumatına görə, iyulun 30-dakı tədbir videokonfrans formatında təşkil olunacaq.
İclasın gündəliyinə daxil olunan yeganə məsələ “Qəbələ” və “Zirə” klublarının müraciətidir. Hər iki klub Azərbaycan Premyer Liqasının 2020/21-ci il mövsümündə iştirakla əlaqədar AFFA tərəfindən maliyyə yardımının göstərilməsi ilə bağlı müraciət ünvanlayıb.
Komitə müraciətləri müzakirə edərək müvafiq qərar verəcək.