UEFA prezidenti Aleksander Çeferin sürətlə yayılan koronavirusun AVRO-2020-nin keçirilməsinə mane olmayacağına əmindir.
Apasport.az saytının məlumatına görə, bunu qurum rəhbəri bu gün keçirilən UEFA-nın Növbəti Konqressindən sonra təşkil olunan mətbuat konfransında açıqlayıb.
O bildirib ki, yarışın keçirilməməsi barədə fikirləri yaxın buraxmır: “Biz Avropa çempionatını 12 ölkədə təşkil edirik və bir sıra sualların, o cümlədən bu virusun öhdəsindən gəlirik. Turnirin baş tutacağına əminik. Biz nikbin köklənmişik. Tutqun ssenari barədə düşünmək istəmirik”.
Qeyd edək ki, iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinin oyunları 12 şəhərdə, o cümlədən Bakıda baş tutacaq.