İtaliya millisinin və “Yuventus”un sabiq futbolçusu Alessandro Del Pyero xəstəxanaya yerləşdirilib.
Apasport.az saytının məlumatına görə, ABŞ-ın Los-Anceles şəhərində müalicəyə alınan futbol veteranının böyrəklərində daş aşkarlanıb.
Bunu Alessandronun özü açıqlayıb. O, sosial şəbəkədəki paylaşımında xəstəxanaya düşməsinin koronavirusla bağlılığı olmadığına aydınlıq gətirib: “Hələ də inana bilmirəm ki, belə balaca 3 millimetrlik şey bu qədər problem yaratsın”.
Qeyd edək ki, 1993-2012-ci illərdə “Yuventus”da oynayan Del Pyero 6 çempionluq, bir kubok, dörd Superkubok qazanıb, Çempionlar Liqasının qalibi olub.