Bank Of Baku

Almaniya kubokunda yarımfinalçılar bəlli olub

Almaniya kubokunda yarımfinalçılar bəlli olub
# 05 mart 2020 01:55 (UTC +04:00)

Almaniya kubokunda 1/4 final mərhələsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə 2 matç keçirilib.

“Bayer” öz meydanında “Union”la qarşılaşıb. Hesabı berlinlilər açsa da, Leverkuzen təmsilçisi 3 qol vuraraq əzmkar qələbə qazanıb.

“Ayntraxt” da ev qələbəsinə sevinib. Frankfurt təmsilçisi “Verder”i iki qolla üstələyib.

Qeyd edək ki, “Bayer”lə “Ayntraxt”a qədər “Bavariya” və “Saarbrükken” də yarımfinala adlayıb. Bu mərhələnin püşkatması martın 8-də, oyunları aprelin 21-22-də keçiriləcək.

Almaniya kuboku
1/4 final
4 mart
“Bayer” – “Union” – 3:1

Bellarabi, 72, Arangiz, 86, Diabi, 90 – İnqvartsen, 39
“Ayntraxt” – “Verder” – 2:0
Silva, 45 (pen.), Kamada, 60

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR