Bank Of Baku

“Aston Villa”da koronavirusa 14 yoluxma qeydə alınıb

“Aston Villa”da koronavirusa 14 yoluxma qeydə alınıb
# 08 yanvar 2021 17:27 (UTC +04:00)

İngiltərənin “Aston Villa” klubu yeni koronavirus testinin nəticələrini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi 14 nəfərin virusa yoluxduğunu bəyan edib.

Yoluxanlardan 10 nəfərin futbolçu olduğu bildirilib. Bu səbəbdən baza bağlatdırılıb, komanda karantinə alınıb. “Aston Villa” İngiltərə kubokunun 3-cü mərhələsinin “Liverpul”la oyununa gənclərdən ibarət komanda ilə çıxacaq.

Qeyd edək ki, bu gün keçiriləcək “Aston Villa” – “Liverpul” görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR