Avropada onilliyin ən yaxşı futbol klubları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2001-10-cu illərin ən yaxşılarını müəyyənləşdirib.
Siyahıda Avropanın 755 komandası yer alıb. Azərbaycanın 9 klubu cədvələ daxil edilib.
Ölkəmizin ən yaxşı təmsilçisi adına “Neftçi” layiq görülüb. Azərbaycanın ən titullu klubu Avropada 314-cüdür.
Son illərin dəyişməz çempionu və avrokubokların qrup mərhələlərinin iştirakçısı olan “Qarabağ” 29 pillə geridədir. Ağdamlılar prinsipial rəqibindən 25,5 xal geridədir.
Ölkəmizin üçüncü komandası “Bakı”dır. Ümumiyyətlə, komandalarımızdan yalnız üçü hazırda Premyer Liqada oynayır. Digərlərindən 5-i artıq fəaliyyətini dayandıran klublardısa, 1-i I divizion təmsilçisidir.
314. “Neftçi” - 392
343. “Qarabağ” – 366,5
386. “Bakı” – 327
460. “Keşlə” – 266,5
463. “Xəzər Lənkəran” - 265
558. “Karvan” - 203
615. “Turan Tovuz” - 163
687. “MKT-Araz” – 131,5
705. AZAL – 124
Cədvələ İspaniya “Barselona”sı başçılıq edir – 2550 xal. İngiltərə təmsilçilərindən “Mançester Yunayted” 2523 xalla ikinci, “Liverpul” 2414 xalla üçüncüdür.
Avropada onilliyin ən yaxşı klubları açıqlanıb, siyahıda Azərbaycanın 9 klubu yer alıb
16 mart 2021 15:47 (UTC +04:00)
Futbol
KİV: "Bavariya"nın yeni baş məşqçisi Vinsent Kompani olacaq
02:07
23 may 2024
Avropa Liqası: "Atalanta" "Bayer"i məğlub edərək tarixində ilk dəfə kuboku qazanıb
00:55
23 may 2024
Aziz Yıldırım "Fənərbaxça" prezidentliyinə namizədlikdən çəkilə biləcəyini açıqlayıb
20:18
22 may 2024
2025/2026 mövsümündə Çempionlar Liqasının finalına Budapeşt ev sahibliyi edəcək
16:34
22 may 2024