Azərbaycan yığması Millətlər Liqası çərçivəsində Kiprə qarşı keçirəcəyi oyuna qara sarğı ilə çıxacaq.
Apasport.az xəbər verir ki, bu barədə məlumatı AFFA rəsmi saytı vasitəsilə yayıb.
Bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən respublikamızın müxtəlif şəhərlərinin və digər yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dünyasını dəyişmiş mülki şəxslərin, dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq komandamız Albaniyadakı qarşılaşmaya qara sarğı ilə çıxacaq.
Qeyd edək ki, Azərbaycan – Kipr oyunu oktyabrın 13-də Elbasan şəhərində keçiriləcək.
Azərbaycan millisi Kiprlə oyuna qara sarğıda çıxacaq
11 oktyabr 2020 22:45 (UTC +04:00)
Futbol
Azərbaycanda keçiriləcək minifutbol üzrə dünya çempionatının vaxtı açıqlanıb
11:45
22 may 2024
"Çelsi" Poçettinonu istefaya göndərib
23:54
21 may 2024
“Fənərbaxça”nın prezidenti və futbolçuları İntizam Komitəsinə göndərilib
23:24
21 may 2024
İtaliyalı futbol məşqçisi Ranyeri karyerasını başa vurub
23:15
21 may 2024