Əfqanıstanda ABŞ-a məxsus qırıcı təyyarə qəzaya uğrayıb

Əfqanıstanda ABŞ-a məxsus qırıcı təyyarə qəzaya uğrayıb
# 29 mart 2016 21:58 (UTC +04:00)

Bakı-APA. Əfqanıstanda yerləşən “Bağram” aviabazasında ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus “F-16” qırıcı təyyarəsi havaya qalxarkən qəzaya uğrayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun mətbuat katibi Piter Kuk bildirib.

“Təyyarə 20.30 radələrində “Bağram” aerodromundan havaya qalxarkən qəzaya uğrayıb. Özünü katapult edən pilot xilas olunub”, - deyə o brifinqdə bildirib.

Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR